Tribuna İnformasiya Agentliyi

Aşıq Ələsgərin sonuncu nəvəsi vəfat etdi

05 İyul
Aşıq Ələsgərin sonuncu nəvəsi Aşıq Haqverdi Talıboğlu 88 yaşında vəfat edib.
TİA.AZ kult.az-a istinadən xəbər verir ki, onun bu gün Göygöl məzarlığında doğmalarının yanında dəfn olunacağı açıqlanıb.
Qeyd edək ki, Aşıq Haqverdi Talıboğlu 1930-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O, Aşıq Ələsgərin kiçik oğlu Talıbın övladı idi.