Asif Əsgərov şəhid ailələri ilə görüşdü – Fotolarbackend

Asif Əsgərov şəhid ailələri ilə görüşdü – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda 20 Yanvar facəsinin otuzuncu  ildönümünə həsr olunmuş  tədbir keçirilib.

TİA.AZ-ın  verdiyi xəbərə görə, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən   rayonun ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarında anım tədbirləri təşkil olunur. Orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin  otuzuncu  ildönümü ilə əlaqədar foto stendlər düzəldilib, anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılır.

Rayonun idarə və təşkilatlarının kollektivlərinin, orta və ali təhsil müəssisələrinin şagird və tələbələrinin  “Şəhidlər Xiyabanı”na  ziyarəti təşkil  olunur.

İctimai təşkilatların nümayəndələrinin iştirakı ilə rayonda yaşayan  20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  əlil olmuş sakinlərlə İcra Hakimiyyətində görüş keçirilib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd edib ki, 20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. O bildirib ki, həmin zaman yalnız Heydər Əliyev SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış edib: “Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev verib”.

A.Əsgərov şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb, bir sıra sualların həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Görüşdə “20 Yanvar” respublika təşkilatının sədri Sultan Əzimzadə  və digərləri çıxış edərək şəhid ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda  20 yanvar faciəsi   şəhid ailələri və əlillərinə  yardımlar  göstərilib.