Tribuna İnformasiya Agentliyi

Asif Əsgərov sakinlərin müraciətlərini dinlədi

17 Sentyabr

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləyib.

TİA.AZ xəbər verir ki, Rəşid Məmmədov küçəsi əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak ediblər.

Sakinlərdən Arif Alıyev, Siyavuş Kərəmov, Tamella İsmayılova, Aydın Bünyadov və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın və kanalizasiya xəttinin təmiri, istifadəsiz su çənlərinin damlardan yığışdırılması, həyət və girişlərin işıqlandırılması, təmirli binalarda paltarların qurudulması üçün konstruksiyaların quraşdırılması barədə müraciətlər edib, təkliflər irəli sürüblər.