“ASAN Xidmət” işçilərinin boynundakı şarf və qalstukun qiyməti AÇIQLANDI – 94 manat…backend

“ASAN Xidmət” işçilərinin boynundakı şarf və qalstukun qiyməti AÇIQLANDI – 94 manat…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (“ASAN Xidmət”) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibi “Fashion Style” MMC (VÖEN- 2002912951) şirkəti olub.
Müsabiqənin şərtinə görə “ASAN xidmət” “Fashion Style” MMC-dən ümumi dəyəri 225 min 498 manat olan 2 700 ədəd kişilər üçün qalstuk, 2 100 ədəd qadınlar üçün şarf satın alacaq. Rəqəmlərdən də göründüyü kimi “ASAN xidmət”in satın aldığı bir ədəd qalstuk və şarfın orta qiyməti 94 manat təşkil edib.
Məlumat üçün qeyd edək ki, “Fashion Style” MMC 27.02.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanı “Xətai rayonu, Xudu Məmmədov, ev 20, m. 22” olaraq göstərilir. Qanuni təmsilçisi isə Qubuşov İlkin Ədalət oğludur.