Aşağı səviyyəli təhsil gələcəkdə demensiyaya yol aça bilərbackend

Aşağı səviyyəli təhsil gələcəkdə demensiyaya yol aça bilər

Demensiyanın inkişafına yol açan əsas amillər eşitmə qabiliyyətinin pozuntusu, siqaret çəkmə, aşağı səviyyəli təhsil, piylənmə, diabet və az hərəkətlilikdir.

“Report” “Lancet” jurnalına istinadən xəbər verir ki, bu qənaətə britaniyalı alimlər gəliblər.

Məlumata görə, demensiyaya səbəb olan digər amillərdən biri də psixi xəstəlik və sosiallaşma çatışmazlığı ola bilər. Bundan başqa, həddindən artıq alkoqol qəbulu, çirkli hava və kəllə-beyin travmaları da intellekt pozuntusuna yol aça bilər.

Mütəxəssislər demensiyadan qaçmaq üçün diqqətlə təzyiqə nəzarət etməyi, artıq çəkidən qurtulmağı, passiv siqaret çəkməyi belə atmağı və fiziki məşğələ ilə məşğul olmağı tövsiyə edirlər. Bundan əlavə, alimlərin sözlərinə görə, eşitmə qabiliyyətinin pozuntusu aşkarlandığı halda xüsusi aparatlardan istifadə olunmalıdır. Beləliklə, xəstəlik riskini 40% azaltmaq mümkündür.

Alimlər həmçinin koronavirusun demensiya xəstələri üçün təhlükəli olduğunu vurğulayıblar. Onların fikrincə, həmin xəstələr koronavirusla mübarizədə profilaktik tədbirlərin vacibliyini qavraya bilmirlər.

Qeyd edək ki, daha öncə alimlər diabetin koronavirusdan ölüm riskini 12 dəfə artırdığını bildirmişdilər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki