Tribuna İnformasiya Agentliyi

Arvadının sosial şəbəkədə başqa kişi ilə danışdığını bildi və… – Məhkəmə işi

26 Dekabr

Bakıda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Elvin Arzu oğlu Qəhrəmanlının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kolelgiyasının qərarına əsasən Elvin Qəhrəmanlının şikayət təmin olunmayıb.

Qeyd edək ki, bu il yanvarın 22-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.

Günelin başqa bir kişi ilə sosial şəbəkədə danışdığını öyrənən Elvin Qəhrəmanlı onunla mübahisə edib. Ər-arvad arasında mübahisə sonda cinayətlə nəticələnib.

Hadisədən sonra 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elvin Qəhrəmanlı həbs edilib.

İstintaq orqanı tərəfindən Elvin Qəhrəmanlının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məlum olub ki, Elvin Qəhrəmanlının qətlə yetirdiyi arvadından iki övladı var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Qəhrəmanlı 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.