Tribuna İnformasiya Agentliyi

Arvadının adına təhqiramiz məlumatlar paylaşan kişinin sonu

12 Sentyabr

Özbəkistanda arvadını sosial şəbəkədə təhqir edən kişiyə cinayət işi başlanılıb.

TİA.AZ “ölkə.az”-a istinadən bildirir ki, paytaxt Daşkəndin polis idarəsinə şikayət edən qadın ərinin onu sosial şəbəkədə təhqir etdiyini bildirib. Qadının sözlərinə görə, həyat yoldaşı bu yolla ondan intiqam almaq istəyib.

Belə ki, ailə daxilində mübahisə edən ər arvadından intiqamını bu cür almaq qərarına gəlir. Kişi həyat yoldaşının adına sosail şəbəkədə hesab açaraq, qadın barədə xoşagəlməz məlumatlar yerləşdirib.

 Şikayət əsasında kişiyə “təhqir” maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan əməli sübuta yetirilərsə, ona 2 il müddətinə icbari iş kəsiləcək.