Arvadını öldürdüyünü zənn edib polisə təslim oldu – TƏFƏRRÜATbackend

Arvadını öldürdüyünü zənn edib polisə təslim oldu – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda həyat yoldaşını bıçaqlayaraq öldürmək istəyən Abbas Abasovun cinayət işi üzrə istintaq başa çatıb.
“Ölkə.Az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə Sabunçu rayonunun Maştağa qəsəbəsində Fərqanə Abbasovanın həyat yoldaşı tərəfindən bıçaqlanması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan 14-cü Polis Bölməsinin əməkdaşlarına məlum olub ki, yaralanan qadın xəstəxanaya yerləşdirilib. Həmin ərəfədə cinayəti törədən Abbas Abbasov könüllü Sabunçu Rayon Polis İdarəsinə (RPİ) gələrək təslim olub.

Hadisənin baş verdiyi Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 137-yə baxış zamanı dəhlizdə və yataq otağında qan ləklərinin olması müəyyən edilib. Evin eyvanında dəstəyi qara rəngli, üzərində xırda qan ləkələri olan bıçaq aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fərqanə Abbasovanın bədən səthində beş ədəd kəsilmiş-deşilmiş yara izi aşkar edilib.

İstintaqla müəyyən edilib ki, Abbas Abbasov 2005-ci il ildən rəsmi nikahda olduğu həyat yoldaşı Fərqanə Abbasova ilə İmişli rayonunda birgə yaşadıqları müddətdə mütəmadi spirtli içki qəbul edib, sərxoş vəziyyətdə evə gələrək heç bir əsas olmadan qısqanclıq zəminində onunla mübahisə edib.

2019-cu ilin oktyabr ayında müalicə olunduğu İran İslam Respublikasından geri qayıtdıqdan sonra qadın Maştağa qəsəbəsində yerləşən ata evinə köçüb. Abbas münasibətlərinin yenidən bərpa olunmasına və barışmalarına təkidlə cəhd etsə də, Fərqanə onunla yaşamaqdan imtina edərək, boşanmaq istəyib. Arvadını qısqanclıq niyyəti ilə öldürmək qərarına gələn Abbasov qayınatasının evinə gəlib və bacısı Vəfa Abbasovanın gözləri qarşısında ona xəsarətlər yetirib. Arvadının almış olduğu xəsarətlərdən hərəkətsiz vəziyyətdə qaldığını görərək, öldüyünü zənn edib və hadisə yerindən qaçıb. Daha sonra Sabunçu RPİ-nə gedərək könüllü təslim olub.

Fərqanə Abbasova ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırılıb.

İş üzrə dindirilmiş Abbas Abbasov ifadəsində bildirib ki, həyat yoldaşını öldürmək məqsədi ilə bıçaqlayıb. Dəfələrlə onunla barışmasını xahiş etsədə Fərqanə buna məhəl qoymayıb onunla kobud rəftar edib. Bu səbəbdən də bezib cinayət törədib.

Məhkəmə prosesi zamanı Abbas Abbasov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş Fərqanə Abbasova təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Abbas Abbasov CM-nin 29.120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.