Arvadını balta ilə öldürə bilməyən ər həbsdən çıxan kimi onu güllələdi – TƏFƏRRÜATbackend

Arvadını balta ilə öldürə bilməyən ər həbsdən çıxan kimi onu güllələdi – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu ilin fevralın 9-da Yevlax rayonu, Hacıselli kənd sakinləri – 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi, qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin isə öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Yevlax rayon prokurorluğundan bildirilib.

İstintaqla Elnarə Qarayevanın əri, 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, daha sonra eyni silahdan atəş açaraq qonşusu İldırım Qarayevi öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mehdi Qarayevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Mehdi Qarayev həyat yoldaşına keçən balta ilə xəsarət yetirib. Bu cinayət əməlinə görə həbs edilən Mehdi həmin vaxt açıq şəkildə bildirib ki, azadlığa çıxandan sonra işini başa çatdıracaq. O, həbsdən çıxandan sonra tüfəngə əl ataraq istəyinə nail olub.