Arvadına bal ayında xəyanət edən kişi polisə düşdübackend

Arvadına bal ayında xəyanət edən kişi polisə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Arvadı ilə bal ayını keçirmək üçün otelə gələn amerikalı turist onu aldatmaq qərarına gəlib və təsadüfən gizli işləyən polis agenti ilə qarşılaşıb.
Hadisəni Hillsboro dairəsinin (Florida ştatı) şerifi keçirdiyi mətbuat konfransında danışıb. 2022-ci il iyulun 15-də evlənən 34 yaşlı Pol Turovskinin yeni həyat yoldaşı ilə Tampadakı otelə gəldiyi bildirilib. Həyat yoldaşı yuxuya gedəndə kişi internetdə seks xidməti elanına cavab verib və fahişə ilə görüşmək üçün oteldən çıxıb.

Turovski təyin olunmuş mehmanxanaya çatanda polis basqınına düşüb. Hüquq-mühafizə orqanları aprel ayından etibarən “azyaşlı olan fahişələrin qeyri-qanuni xidmətlərini əldə etmək niyyətində olan” şəxslərə qarşı genişmiqyaslı gizli əməliyyat keçirib.