“Arvadı ilə gələnə bir qiymət, məşuqəsi ilə gələnə başqa…” – Jurnalist restoranlardan ŞİKAYƏTLƏNDİbackend

“Arvadı ilə gələnə bir qiymət, məşuqəsi ilə gələnə başqa…” – Jurnalist restoranlardan ŞİKAYƏTLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət. “Jiquli” ilə gələnə bir qiymət, “Bentli” ilə gələnə digər qiymət. Şortiklə qələnə əlavə ödəmə, ərəblərin isə ümumiyətlə mərhəmətə zərrə qədər də şansları yoxdur”.

Modern.az saytının məlumatına görə, bunu tanınmış səyyah, bloger və jurnalist Azər Qərib Azərbaycanın bölgələrində fəaliyyət göstərən istirahət məkanlarından – restoran, kafe, yeməkxanalarından şikayət edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycandakı bir çox restoran, kafe, yeməkxanalarında menyu söhbəti yoxdur, ələlxüsus da bölgələrdə.

“Ofisiantlar gələn müştərini gözləri ilə “skan edirlər”, harada işləyir, maaşı nə qədərdir, konvertdə nə qədər alır, neçə faiz “otkatla” işləyir, əxlaqında ciddi problemləri olan bu qızlaraöz pulunu xərcləyir, yoxsa qayınatasının puluna yedizdirir? Dərhal beyinlərində növbəti qurbanın vergi deklarasiyasını doldururlar.

İnandırım sizi, bu ofisiantları vergi xidmətinə işə götürsələr, büdcənin gözləri bərələr axan pullardan.

Soruşanda da qileylənirlər ki, bizim başımız çıxmır, biz menyu tərtib edə bilmirik, bir ağlaşma düşür ki, qətvənin yeri məlum”.