Tribuna İnformasiya Agentliyi

Artyom Dzyuba: İspanca ana söyüşü də bilirəm

30 İyun

Rusiya millisinin hücumçusu Artyom Dzyuba maraqlı açıqlama ilə diqqət mərkəzinə gəlib.

Oxu.Az xəbər verir ki, forvard ispan dili bilgisi haqqında danışıb.

Bir ispan jurnalistin ona ünvanladığı “dili bilirsinizmi” sualına Artyom Dzyuba belə cavab verib:

“Hola! Como Estas? (Salam, necəsən?) Bundan başqa, ana söyüşü də bilirəm”.

Qeyd edək ki, sabah 1/8 final çərçivəsində Rusiya ilə İspaniya qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.