Tribuna İnformasiya Agentliyi

“Arka sokaklar”ın Məsuduna bıçaqlı hücum olub

14 Sentyabr

“Arka sokaklar” serialında canlandırdığı “Məsud” obrazı ilə məşhurlaşan aktyor Şevket Çoruh hücuma məruz qalıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Bir Baba Hamlet” oyununun nümayişi üçün İzmirə gedən aktyorla komandasına bıçaqlı insanlar hücum ediblər. Bu barədə o, tvitter mikrobloqunda məlumat verib.

“İzmirin mərkəzində hücuma məruz qaldıq. Servetin (restoran.-red) içərisində iyirmiyə yaxın bıçaqlı insan tərəfindən…Canımızı qurtardıq…İndilik…”, – deyə Çoruh yazıb.

Onun sözlərinə görə, insident küçə heyvanlarını əzməyə çalışan nəqliyyat vasitəsinin sürücüsünə müdaxilə etdikləri üçün baş verib.

Aktyor hadisədən sonra polisə şikayət edib.