Arıqlamaq üçün sadəcə GƏZMƏK kifayətdir – Dietoloq MƏSLƏHƏTİbackend

Arıqlamaq üçün sadəcə GƏZMƏK kifayətdir – Dietoloq MƏSLƏHƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Piyada gəzmək pəhriz saxlamadan arıqlamaq üçün mükəmməl üsuldur.

Bu barədə dietoloq Zuxra Pavlova özünün “Telegram”- kanalında yazıb.Onun sözlərinə görə, piyada gəzinti zamanı 90% əzələləri işə salmaq mümkündür:

“Məsələn, mən mütləq əllərimlə idman hərəkətləri edirəm (şüurlu şəkildə qollarımı açıb-bağlayıram), müxtəlif ayaq əzələlərini gərirəm, qəsdən addımımın uzunluğunu artırıb-azaldıram”.

Pavlova qeyd edib ki, gəzinti zamanı mütləq rahat ayaqqabı geyinmək və çoxlu su içmək lazımdır. Varikoz xəstələrinə isə həkim uzun kompression corab (varikoz corabları) geyinməyi məsləhət görür, çünki bu halda daha rahat yerimək olur və ayaqlar şişmir.Dietoloq, misal olaraq, pasiyentlərindən birinin adi piyada gəzməklə 100 kilo artıq çəkidən qurtulduğunu qeyd edib. Həmin şəxs gün ərzində 10 min addım atıb.Pavlova əlavə edib ki, nisbətən tez addımlamaq (saatda 4-5 km sürətlə) daha faydalıdır.

Daha öncə dietoloq Tamila Arsenyeva da qısa zamandə pəhrizsiz, ağır məşqlər etmədən və sağlam şəkildə arıqlamağın yolundan danışıb.

Onun sözlərinə görə, bunun üçün az porslarla gündə 5 dəfə yeyərək qida rejimini düzəltmək lazımdır.

Bundan əlavə, qida rasionuna kifayət qədər lif daxil etmək gərəkdir, çünki liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır və uzun müddət tox saxlayır