Arıqlamaq üçün gecə nə yemək lazımdır?backend

Arıqlamaq üçün gecə nə yemək lazımdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gecə yeməyi üçün ən yaxşı 7 qida

Əgər axşam yaxşı yeməsəniz, səhər özünüzü  elə də gümrah hiss etməyəcəksiniz. Çünki axşam az yedikdə səhər yeməyi sizin gümrahlığınız və gün ərzindəki enerjiniz üçün lazımı effekti verməyəcək.

“Ölkə.Az” “Domashny ochag” portalına istinadən yazır ki, yalnız 18:00-dan sonra yemək yeməsəniz arıqlaya biləcəyiniz ümumi qayda sadəcə bir mifdir. Əslində arıqlamaq istəyirsinizsə, gecələr yeyə biləcəyiniz və yeməli olduğunuz qidalar var.

Turşməzə süd məhsulları-kefir, qatıq, kəsmik, təbii yoqurt kimi fermentləşdirilmiş süd məhsulları – bütün bunlar artıq yağ kimi saxlanılmayan yüngül protein mənbəyi olduğundan,  yaxşı həzm olunduğundan bədəni ağırlaşdırmır.

Optimal qəbuletmə porsiyası 200 qramdır.

Yatmazdan əvvəl isti süd  içmək faydalıdır. Südün tərkibində yalnız protein deyil, həm də triptofan var. Bu amin turşusu insanı sakitləşdirməklə yanaşı, yuxululuq gətirir. Ona görə də insan nə qədər yaxşı yatsa, ertəsi gün enerji ehtiyatlarını şirin və yağla doldurmaq istəyinin riski o qədər az olar.

Arıqlamaq üçün yalnız səhər yeməyi zamanı deyil, həm də  gecə yumurta yemək lazımdır . Bu da sağlam bir protein mənbəyidir.

Dərisiz toyuq və ya hinduşka əti maddələr mübadiləsini yaxşı səviyyədə saxladığından gecə yeməyi kimi çox yaxşı qida mənbəyidir. Bu qidanı yemək  yaxşı bir yuxuya mane olmur. Bu qidalar A, E, B vitaminləri və bir sıra minerallar mənbəyidir. İdeal xidmət 100-150 qram toyuq göş əti və tərəvəzdir.

Balıq ətinin yağ faizi çox aşağıdır, amma çox sayda faydalı proteini var, yalnız balığın ağ və az yağlı növləri olmalıdır.

Tərəvəzlərdən hazırlanan yeməklər.  Şam yeməyi üçün vam odda qaynadılıb, bişirilən yeməklər faydalıdır. Mükəmməl həzm olunur və təbii sorbent kimi işləyirlər – bağırsaqlardan toksinləri çıxarırlar.

Arıqlamağın başqa bir təsirli yolu yatmazdan əvvəl giləmeyvə yeməkdir. Bir stəkan çiyələk və ya qaragilə yemək faydalıdır. Onun tərkibində çox miqdarda vitamin və antioksidan var. Lif və pektinlər də bağırsaq funksiyasını stimullaşdıracaq.