Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: Bunlara diqqət edin! (VİDEO)backend

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: Bunlara diqqət edin! (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arıqlamaq üçün az qala hər gün yeni vasitələr meydana çıxır. Çaylar, müxtəlif dərmanlar, kokteyllər və əməliyyatlardan sonra, indi də sosial şəbəkələrdə daha bir üsul yayılıb – vibromasaj. Sözügedən xidmətin seanslara bölünməklə xüsusi aparatlarla edildiyi və piy qatını parçaladığı qeyd olunur. İnsanlar arasında isə bu cihazdan istifadə birmənalı qarşılanmır. Arıqlama aparatının faydasına inananlar da var, zərərli olduğunu düşünənlər də.

Mütəxəssislərin sözlərinə görə, xüsusilə də pandemiya dövründəbucihazlara maraq xeyli artıb. Ancaq Masaj ustası Xavər Cəbrayılova deyir ki, bəzən belə aparatların faydasından çox zərəri olur. Ona görə də, ilk növbədə cihazın başlığını düzgün seçmək lazımdır. Yoxsa bədəndə izlər qoya bilər.

Xavər Cəbrayılova  sölərinə görə, vibromasajınqiyməti seansdan asılı olaraq 10-50 manat arası dəyişir.

Həkim-terapevt Arzu Hüseynova isə deyir ki, orqanizmində hər hansı problemi olan şəxslərə bu cür prosedurlar tövsiyə edilmir.

Həkim həmçinin qeyd edir ki, vibrasiyalı aparatlar yüngül xəstəliyi belə kritikləşdirə bilər.

Arzu Hüseynovanın sözlərinə görə, belə xidmətlərdən istifadədən əvvəltibbi müayinədən keçmək mütləqdir.