Arıqlamaq istəyənlər oxusun: Alimlər açıqladıbackend

Arıqlamaq istəyənlər oxusun: Alimlər açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Alimlər II tip şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulan dərmanda gözlənilməz xüsusiyyət aşkar ediblər və indi artıq çəki ilə mübarizə üçün onu nəzərdən keçirirlər.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, söhbət tirzepatid dərmanından gedir. Daha ətraflı araşdırmadan sonra piylənmə xəstələrinin terapiyasının bir hissəsinə çevrilə biləcəyi qeyd olunur.
Diabetin müalicəsində istifadə imkanlarının araşdırılması zamanı dərmanın gözlənilməz xüsusiyyəti aşkar edilib. Daha sonra alimlər dərmanın artıq çəki ilə mübarizədə nə dərəcədə effektiv olduğunu yoxlamaq qərarına gəliblər və yeni təcrübə aparıblar. Orta çəkisi 104,8 kq olan 2,5 mindən çox insan ona cəlb edilib.
Təcrübə 72 həftə davam edib. Nəticədə bu dərmanı qəbul edənlər 15,87 kq-dan 23,5 kq-a qədər arıqlayıblar.