Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDIbackend

Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.

TİA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında “Yeni klinika”nın reanimatoloqu Emil Qasımov məlumat verib.

O bildirib ki, Xalq artistinə hazırda invaziv mexaniki ventilyasiya tətbiq edilib və o, süni tənəffüs aparatının dəstəyi altındadır:

“Hazırda xəstənin parametrləri qənaətbəxş hesab edilmir. Lazım olan bütün tədbirləri görürük. İntensiv müalicə davam etdirilir. Hələ ki, Arif Quliyevin vəziyyəti ciddi-kritikdir”.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun ECMO cihazına qoşulduğu barədə məlumat verilib.