“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır…”backend

“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır…”

“Vəziyyət bu gün ağırdır. Bizim bir məqsədimiz var və o da ölkədə dövlət çevrilişinin qarşısını almaqdır. Bu gün görürsünüz ki, xarici işlər naziri oranı erməni casus yuvasına döndərib, ermənilərlə qohum olub və onun bu gün nazir postunda qalması Azərbaycan dövləti üçün təhlükədir”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri vəzifədən gedən adamları özbaşına buraxmamağın vacibliyini vurğulayıb:
“İşdən azad edilən icra başçılarını və nazirləri özbaşına buraxmaq olmaz. Özünüz görürsünüz də Əbülfəs Qarayev və Elmar Məmmədyarov nələr edir. Sərhəd Xidmətində də korrupsiya faktları aşkar edilib. Bir çox sahələr var ki, bərbad vəziyyətdədir. Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır. Görünür, onun nəzirini Zeynal Nağdəliyev çoxdan alıb. Vəziyyət bu gün ağırdır. Bizim bir məqsədimiz var və o da ölkədə dövlət çevrilişinin qarşısını almaqdır. Bu gün görürsünüz ki, xarici işlər naziri oranı erməni casus yuvasına döndərib, ermənilərlə qohum olub və onun bu gün nazir postunda qalması Azərbaycan dövləti üçün təhlükədir. İcra başçıları xırda məmurlarıdır və onların da başında Ramiz Mehdiyev dururdu. Siz görürsünüzmü ki, Kənd Təsərrüfatı Nazirliyində nələr baş verir, nazir müavinləri bir-birini bıçaqlayır. Bunların hamısını nəzərə almaq lazımdır. Bu oyunlarda R.Mehdiyevin kurasiyasında olan deputatlar da iştirak edir.
Yəni bu gün rəhbərlikdə olan adamların əksəriyyəti, xalqa xəyanət edən, vətəni satan, mənşəyi naməlum adamlardır. Onları da vəzifəyə R.Mehdiyev çox ustalıqla yerləşdirib. İndi vəzifədən gedən adamlar qurban kəsib deyəcək ki, İlahi, sənə şükür, milyardlar yığmışam gedim rahat yeyim. Bu baxımdan vəziyyət təhlükəlidir və ciddi addımlar atılmalıdır. Mənim 2003-cü ildən bəri dediklərimin hamısı bu gün öz təsdiqini tapır”.
Qeyd edək ki, ölkə başçısı Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovu vəzifəsindən azad edib.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki