Arif Hacılı PA-nın şöbə müdiri ilə görüşə dəvət alıb: “Qəbul etdim”backend

Arif Hacılı PA-nın şöbə müdiri ilə görüşə dəvət alıb: “Qəbul etdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim”.

TİA.AZ-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

“Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim”, – A.Hacılı əlavə edib.

Xatırladaq ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və ReAL Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.