Tribuna İnformasiya Agentliyi

Arif Əzizova Prezidentin fərdi təqaüdü təyin olunub

12 Oktyabr

Prezident İlham Əliyev Arif Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

TİA.AZ-ın məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasında tikinti və tarix-memarlıq abidələrinin bərpası sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Bəylər oğlu Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.