Arestoviç Rusiyanın nüvə şantajından danışdı: “Sonda Putin başına güllə çaxacaq…”backend

Arestoviç Rusiyanın nüvə şantajından danışdı: “Sonda Putin başına güllə çaxacaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin ikinci günündən Putinin Ukraynanı və Aİ-ni hədələdiyi nüvə silahından Rusiyanın istifadə etmək ehtimalı azdır.
TİA.AZ xəbər verir ki. o, bu fikri Ukrayna televiziyasının efirində bildirib.
“Onlar əslində elə ikinci gün nüvə şantajına keçdilər. Amma gəlin baxaq. Birincisi, nüvə silahından istifadənin texniki qəbulu ən azı 7 nəfərdən asılıdır: Putindən tutmuş açarı çevirən zabitə qədər. Düşünmürəm ki, bu zəncir işləyəcək. İkincisi, nüvə silahı ilə Ukraynaya qarşı total zərbə olarsa, Belarusun böyük ərazisi və böyük Avropa hissəsi uzun illər yaşayış üçün yararsız hala düşəcək”, – deyə Aretoviç bildirib.
Eyni zamanda, o, taktiki nüvə silahlarını “güclü hava zərbəsi” ilə müqayisə edib: “Onlar bu həftə çoxlu belə hava zərbələri endiriblər”.
“Əgər onlar nüvə silahından istifadə etsələr, onlara qarşı iki günə Rusiyanı sındıracaq sanksiyalar tətbiq olunacaq. Düşünürəm ki, bundan sonrası Putinin öz ətrafının yanındaca başına bir güllə sıxmasıyla nəticələnəcək”, – Aretoviç əlavə edib.
UNIAN-ın yazır ki, Müdafiə Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov rus işğalçılarının nüvə şantajının bir neçə variantından danışıb: “Birincisi, radioaktiv meşələrin geniş miqyasda yandırılmasıdır, radioaktiv bulud dərhal göyə qalxacaq və küləyin əsdiyi istiqamətə gedəcək. İkincisi, nüvə anbarına qarşı artilleriyadan istifadədir. Nəticə eyni olacaq”.
Rusların bu cür şantaj növünə əl atması ilk dəfə deyil, çünki bu müharibə zamanı Rusiya Federasiyası Zaporojye Atom Elektrik Stansiyasına və Xarkov Fizika-Texnika İnstitutuna silahla hücum edib.