Tribuna İnformasiya Agentliyi

Arda haqqında şok ittiham

02 Dekabr

“Barselona”nın türkiyəli futbolçusu Arda Turan haqqında mətbuatda şok ittihamlar yayılıb. 

“Barselona”nın türkiyəli futbolçusu Arda Turan haqqında mətbuatda şok ittihamlar yayılıb.

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspaniyanın “Diario Gol” nəşri türk futbolçunun qumara vərdiş etdiyini yazıb.

“Arda “Hercules”lə oyununda kabus kimi idi. Ağlı futbolda deyildi. Bu cür oyunla “Barselona”da qalması çətindir. Ancaq Messi, Suarez, İniesta, Neymar və Pike kimi futbolçularla dostluğu sayəsində tənqid edilmir. Komanda yoldaşları onu hər zaman mediaya qarşı müdafiə edir.

“Barselona” klubunun rəhbərliyi də bunu bilir. Pokerə olan sevgisi ilə bilinən Pikedən belə çox qumar oynayır”,-deyə məlumatda qeyd edilib.   

 “Bu xəbər tamamilə yalandan ibarət. Arda nümunəvi bir həyat tərzi yaşayır. Nou Kampda çox mühüm oyuna çıxacaqlar. Hazırda yalnız El-Klassikoya hədəflənib. Baş məşqçi şans verərsə əlindən gələni edəcək”,-deyə futbolçunun meneceri Əhməd Bulud söyləyib.