“Araz Supermarket” cərimələndibackend

“Araz Supermarket” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araz Supermarket Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazılıb.

Axar.az xəbər verir ki, protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Abbas Rzayevin icraatındadır.

MMC-yə prokotol İnzibati Xətalar Məcəlləsinin 485.2 (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə tərtib olunub.

Bu xətaya görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.