backend

`Araz` süni yumurta qalmaqalına aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Araz” Supermarketlər Şəbəkəsi son günlər sosial mediada və mətbuatda yayılan süni yumurta görüntülərinə aydınlıq gətirib.  “Araz” Supermarketlər Şəbəkəsi son günlər sosial mediada və mətbuatda yayılan süni yumurta görüntülərinə aydınlıq gətirib. 

Şirkətin yaydığı açıqlamada bildirilir ki, feysbuk sosial şəbəkəsində Təranə Musayeva adlı istifadəçi şəxsi profilində Araz Supermarketlər Şəbəkəsindən aldığı yumurtanın süni olduğunu iddia edərək, video və foto görüntü yayıb. Şikayətlə bağlı Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsi dərhal operativ reydlər və araşdırma aparıb, supermarketlərdən götürülən nümunələr yoxlanılıb. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmayıb.

Bununla bağlı müştəri ilə əlaqə saxlanılaraq, aidiyyatı qurumlara təqdim olunması üçün nümunə istənilib, lakin müştəri nümunə verməyəcəyini bildirib. Eyni zamanda müştəri yumurtanı 10 gün əvvəl aldığını və hələ də qablaşdırmada olduğu kimi qaldığını söyləyib. Süni olduğu iddia olunan yumurtada normal yumurtadakı kimi rüşeym var. Bu da bir daha iddianın əsassız olmasını sübut edir.

Araz Supermarketlər Şəbəkəsi xatırladır ki, bütün kənd təsərrüfatı məhsulları dövlət orqanlarının müvafiq labaratoriyalarında yoxlandıqdan sonra alıcılara təqdim olunur. Bundan başqa istehsalçılardan tədarük edilən hər bir məhsulun uyğunluq sertifikatı və ya aidiyyatı dövlət orqanlarının icazə sənədi tələb olunur. Araz Supermarketlər Şəbəkəsində satılan bütün yumurtalar yerli istehsaldır və bu yumurtalar əsasən Giləzi Quşçuluq MMC-dən, qismən də Hacıqabul Quşçuluq MMC-dən alınır. Alınan bütün məhsulların Milli Sertifikatlaşdırma Mərkəzinin uyğunluq sertifikatı və Respublika Gigyena və epidemiologiya mərkəzindən alınmış gigyenik sertifikatı var.

Araz Supermarketlər Şəbəkəsinin bütün müştərilərindən xahiş edik ki, bu və ya digər hallarla rastlaşdıqda qaynar xəttə – 012 924-ə zəng edərək, məlumat versinlər. Araz Supermarketlər Şəbəkəsi sosial şəbəkə olan Facebookda da hər zaman vətəndaşların xidmətindədir, onları maraqlandıran bütün sualları cavablandırmağa hazırdır.