Tribuna İnformasiya Agentliyi

“ARAZ ƏLİZADƏ ÖZ HƏMKARLARINA DA AVARA DEYİR”

18 Aprel

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə lent.az müsahibəsi zamanı feysbukda olanların hamısını avara, işsiz-gücsüz adamlar adlandırıb. 


Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə lent.az müsahibəsi zamanı feysbukda olanların hamısını avara, işsiz-gücsüz adamlar adlandırıb.


Xatırladaq ki, sosial şəbəkələrdən dünyanın ən nüfuzlu siyasətçiləri, lider dövlətlərin prezidentləri belə istifadə edir.

Məlum olduğu kimi, Azərbaycanda da facebookda bir çox millət vəkiləri və ictimai-siyasi xadimlərin hesabları var. 

Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli TİA.AZ açıqlamasına Mark Tvenin sözləri ilə başladı: “Heç vaxt idiotlarla mübahisə etməyin. Əks halda onların səviyyəsinə enə bilərsiz. Həmin səviyyədə onlar at oynadırlar”.

İnformasiya Texnologiyaları üzə mütəxəssis, gənc alim Cahid İsmayıloğlu hesab edir ki, Araz Əlizadə yəqin “Facebook”dan bərk qorxur. Onun sözlərinə görə deputat danışığına fikir verməlidir: 

“Bu gün Azərbaycanda 3 milyona yaxın “facebook” istifadəçisi var. Araz Əlizadə 3 milyon insanı təhqir edir, o nə dediyini bilmir. Millət vəkilinin bu cür bir fikir səsləndirməsi ilk növbədə bu qədər insanı təhqir etmək və heçə saymaq deməkdir. Əgər bir siyasətçi belə bir fikir səsləndirirsə bunun bir açıqlaması var, o yəqin “facebook”dan bərk qorxur”.

O deyib ki, Araz Əlizadə həmkarlarını da təhqir edib: “Facebook” ictimai-siyasi həyatın ən qaynar məkanıdır. Əgər siyasətlə məşğul olursansa ya bununla ayaqlaşmalısan, ya da siyasətdən getməlisən. Araz Əlizadə həm də öz həmkarlarına avara deyir. Çünki bu gün onlarla deputat var ki, “Facebook”da aktivdir”.


İlahə