ARAZ ƏLİZADƏDƏN ŞOK: “RUSİYA UKRAYNAYA QALİB GƏLƏCƏK”backend

ARAZ ƏLİZADƏDƏN ŞOK: “RUSİYA UKRAYNAYA QALİB GƏLƏCƏK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynaya nə qədər silah göndərsələr belə bunun xeyri olmayacaq”. Bunu TİA. Az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. Onun sözlərinə görə, gec-tez Rusiya istədiyinə nail olacaq:
“Qərb müharibəyə qarışmayacaq, çünki Rusiya ilə müharibə apara biləcək gücləri yoxdur. Onlar Ukraynaya deyir ki, sonuncu ukraynalıya qədər vuruş, təki Rusiya zəifləsin. Qərb ümid edir ki, ruslar müharibədə öldükcə camaat ayağa qalxacaq və Putini devirəcəklər.
Mən ehtirasla proqnoz vermirəm, ağılla proqnoz verirəm. Qüvvələr nisbətinə əsasən bu sözü deyirəm. Əlbəttə, mən də Ukraynanın məğlub olmasını istəməzdim, ümumiyyətlə, müharibənin əleyhinəyəm. Ancaq prosesə real gözlə baxıram”.

Aytac

TİA. Az