Araz Bayramov İsmayıllıda möhtəşəm görüş keçirdi – FOTOLARbackend

Araz Bayramov İsmayıllıda möhtəşəm görüş keçirdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd, “Azərbaycan-Fransa Məzunları” İctimai Birliyinin sədri, Dr. Araz Bayramov İsmayıllı rayonunun Qubaxəlilli kəndində seçicilərlə görüş keçirib. Namizədliyini irəli sürdüyü dairədən yalnız üç kəndin İsmayıllı rayonunda yerləşdiyini diqqətə çatdıran A.Bayramov bu görüşün İsmayıllıda ilk görüşü oldunu diqqətə çatdırıb.

Onlarla kənd sakininin qatıldığı görüşdə Araz Bayramov deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb. O qeyd edib ki, deputatın işi yol çəkmədən, asfalt döşəməkdən ibarət deyil: “Bəzən görürük ki, hansısa namizəd deputatın səlahiyyətinə aid olmayan vədlər verir. Seçkilərdən sonra yoxa çıxır və bu vədlərin heç birini həyata keçirmi. Biz kimisə aldatmaq niyyətində deyilik. Görəcəyimiz əsas iş seçicilərlə intensiv təmaslar şəraitində müzakirələr aparmaq, birgə fəaliyyət və qanunvericilik bazasının təkmilləşdirilməsi olacaq”.

Görüş zamanı maraqlı anlar yaşanıb. Fransada yaşamış rayon müəllimi Dr.Araz Bayramovla görüşə gəlib və ona uğurlar arzulayıb: “Araz doktor Fransada təhsil alıb və çalışıb. Mən də Fransada yaşamışam. Məlumatım var ki, Araz Bayramov ölkəmizin inkişafı naminə çox işlər görüb. Hər zaman onunla görüşmək istəmişəm. Tale elə gətirdi ki, o namizəd oldu və mən məmnuniyyətlə onu dəstəkləyəcəm. Bütün Ağsu və İsmayıllı seçicilərini də Dr. Araz Bayramova səs verməyə çağırıram”.