access_time Dərc olunub: 13:25
Alimlər qocalmanı ləngitməyin üsulunu tapıblar

Cənubi Koreyanın Elm və Texnologiya İnstitutunun alimləri qocalmanı ləngitməyin üsulunu tapıblar.


Bu barədə Publika.az Rusiya mətbuatına istinadən xəbər verir.


Məlumdur ki, hüceyrələrin yaşlanmasının səbəblərindən biri canlılardakı lizosomların (orqanizmdə maddələri parçalayan kiçik ovalşəkilli cisimcik) deqradasiyasıdır. Bu orqanda hüceyrələrdə zərər görmüş elementlərin təmizlənməsi üçün biopolimerlərin bölünməsi prosesi gedir. Əks halda, yəni bölünmə baş tutmadıqda elementlər yığılıb qalır və bu da maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. ATM və ya serin (zülalları əmələr gətirən baza) zülalların fosfor qrupundan olan elementlərini fermentlərlə (orqanizmin maddələr mübadiləsini tənzimləyən üzvi maddə) birləşdirir.

Araşdırmalar göstərib ki, ATM-nin fəaliyyətini əngəlləməklə fosfor turşularının qalıqlarını azaltmaq mümkündür və bu yolla da qocalan hüceyrələrin funksiyasını bərpa etmək olar. Hazırda alimlər bu üsulu DNT dəyişiklikləri daha sürətlə baş verən heyvanlar üzərində sınaqdan keçirməyi, onun mürəkkəb effektivliyini yoxlamağı planlaşdırırlar. Müsbət nəticə verəcəyi halda insan həyatının uzadılması, qocalmanın ləngidilməsi istiqamətində preparatlar hazırlanacaq.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort