access_time Dərc olunub: 12:41
Getdikcə bu HALA DÜŞƏCƏYİK

İnsanın gələcək inkişafı ilə bağlı müxtəlif versiyalar mövcuddur. 



Alimlər bu mövzu üzərində müxtəlif istiqamətli araşdırma apararaq insanlığın haradan gəlib, hara getdiyini müəyyən etməyə çalışırlar. Bəziləri Darvin nəzəriyyəsini əsas götürərək inkişafın davam edəcəyini, bəziləri isə əksini düşünür.


TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, London Universitetinin professoru Stiv Consun fikrincə, artıq təkamül nəzəriyyəsi həyatımızda əhəmiyyətli rol oynamır. Onun sözlərinə görə, milyon illər əvvəl yaşamış insanlar arasında ən güclüləri sağ qalıb.

Lakin bədənimizin inkişaf edəcəyi də bir ehtimaldır. Nəzəriyyəyə görə, heyvanlar təcrid edildikləri zaman daha sürətlə inkişaf edirlər. XXI əsrdə insanların təcrid olunması real deyil. Ancaq istisna da edilmir. Texnologiyanın inkişafı əslində insanları əvvəlkindən daha çox cəmiyyətdən uzaqlaşdırır.


Dərinin rəngi dəyişəcək


Yel Universitetinin professoru Stiven Sterns bildirir ki, gələcəkdə insanların dərisinin rəngi belə, dəyişəcək. Hətta çilli və mavi gözlü insanları tapmaq nadir bir şey olacaq. 2002-ci ildə aparılmış tədqiqatlara görə, ABŞ-da ağdərililərin 1/6-i yalnız mavi gözlü olub, 100 il əvvəl isə əhalinin yarısının göz rəngi mavi imiş.

Proqnozlara görə, amerikalıların rəngi və saçı tündləşəcək. Lakin ağ dərili, sarışın insanlar da qalacaq.

Planetdə ən çox dəyişiklik məhz ABŞ-da müşahidə ediləcək. Lakin bu o demək deyil ki, digər ölkələrdə insanlar olduğu kimi qalacaq. Alimlər bildirir ki, Yer kürəsi böyük bir qazana bənzəyir və tədricən biz hamımız braziliyalılara bənzəyəcəyik.

Gələcəkdə insanlar dərilərini dəyişmək üçün süni üsullar əldə edəcəklər. Bu isə bir sıra üstünlüklər verəcək, ilk növbədə irqi ayrı-seçkilik aradan qalxacaq.


Boy artımı


İbtidai insanlar 160 sm boya malik idilər. Əsrlər keçdikcə insan boyunda artım qeydə alınır. Bu artım həm də insanların qidalanması, təbii amillərdən asılıdır.

Əlbəttə, hazırda minerallar, vitaminlər və zülallarla qidalanmanın pis olduğu bölgələrdə bu trend müşahidə olunmur, amma dünya ölkələrinin əksəriyyətində insanlar artmağa davam edir. Məsələn, İtaliyanın hər beşinci sakininin boyu 180 santimetrdən çoxdur. İkinci dünya müharibəsindən sonra planetimizdə hündürboylu insanlar cəmi 6 faiz təşkil edirdi.


Daha gözəl olacaq


Araşdırmalar göstərir ki, cazibədar qadınların daha çox uşağı olur. Gözəl qadınların daha çox qızları olur. Beləliklə həmin qızlar böyüyür və yenidən gözəl qızlar dünyaya gətirirlər. Helsinki Universitetinin alimləri belə nəticəyə gəliblər ki, gözəl qadınların sayının artım tendensiyası daha da sürətlənir.

Gələcəyin insanının indikindən daha gözəl olacağı ehtimal edilir. Gələcək insanın xüsusiyyətlərini bu gün insanlar öz tərəf müqabillərində axtarırlar. Onlar daha atletik bədən quruluşu və gözəl formaya sahib olacaq.

Gələcəkdə insanlar aşağı və yuxarı sinif olmaqla iki yerə bölünəcək. Aşağı sinif bəstəboylar, yuxarı sinfi isə yüksək qamətli, cazibədar və ağıllı olanlar təşkil edəcək. London İqtisadiyyat məktəbinin təkamül nəzəriyyəçisi Oliver Karrinin irəli sürdüyü bu ideya yaxın zaman üçün real deyil. Alim bunun 100 min il sonra mümkün olacağını deyib.

Böyük baş

Əgər insanın inkişafı davam edəcəksə, o mürəkkəb və ağıllı varlığa çevriləcək. Onun beyni daha da böyük olacaq.

Texnologiya inkişaf etdikcə biz digər orqanlarımıza nisbətən daha çox beynimizdən asılı olacağıq.

Lakin Vaşinqtonun Universitetinin paleontoloqu Piter Siettle bu nəzəriyyə ilə razı deyil. Onun sözlərinə görə, böyük beyin doğuş prosesində problem yarada, ana ölümlərinin sayını artırar. Ona görə də təkamül bu istiqamətdə davam edə bilər.

Köklük


Kolumbiya və Oksford universitetlərinin alimlərinin bu yaxınlarda apardıqları tədqiqatının nəticələrinə görə, 2030-cu ilə ABŞ-ın əhalisinin yarısı piylənmədən əziyyət çəkəcək. Yəni əhalinin 65 milyonu artıq çəki problemi yaşayacaq.

Əgər avropalıların daha qamətli və zərif olacağını düşünürsünüzsə, siz səhv edirsiniz. Paris İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı tərəfindən dərc edilmiş məruzəyə əsasən son 20 ildə piylənmənin göstəriciləri Avropa ittifaqının üzv dövlətlərinin əksəriyyətində iki dəfə artıb. Nəticədə orta hesabla avropalıların 15 %-i və hər yeddinci uşaqdan biri piylənmədən əzab çəkirlər.

Əslində gələcəkdə kök olub-olmamaq insanların öz əlindədir. Yaxşı dieta və düzgün qidalanma ilə siyahıya düşməmək mümkündür.

Bəşəriyyət nə vaxt ki, sağlam qidalanmağı anlayacaq o zaman ürək və şəkərli diabeti xəstələrinin sayı azalacaq.


Saçlar


Ağıllı insanın çılpaq meymun adlandırılması barədə fikirlər eşitmisiniz. Bütün məməlilər kimi insanda da saçlar daim inkişaf edir. Lakin saçların gələcək taleyi barədə konkret proqnoz yoxdur. Amma ehtimal edilir ki, gələcəkdə insanların saçı indikindən az olacaq.


Texnologiyaların təsiri


Kompüter texnologiyalarının gündəlik həyatımızdakı rolu danılmazdır. Şübhəsiz ki, bu, gələcəkdə insan orqanizminin formalaşmasına da təsir göstərəcək.

Klaviaturaların və sensor ekranların daimi istifadəsi əllərimizin və barmaqlarımızın daha incə, uzun və cəld olmasına səbəb olacaq. Gələcəyin insanının ovcunda klaviaturanın olması, başı ilə “ok” düyməsini sıxması, barmaqları birləşdirərək gələn zənglərə cavab verməsi ideyaları mümkünsüz deyil. Yeni dünyada insan bədənində yüzlərlə kiçik tənzimləyicilərin yerləşdirilməsi istisna edilmir.

Ağıl dişləri


Rudiment (bioloji təkamül prosesində əsas funksiyasını itirmiş lakin saxlanılan orqanlar) orqanlardan olan ağıl dişləri bu gün heç bir funksiya yerinə yetirmir. Əcdadlarımız sərt qidalar yediyinə görə, onların çənəsi daha möhkəm, dişlərinin sayı isə daha çox idi. Lakin tədricən qida qəbulu qaydalarının dəyişməsi dişlərin çoxunun funksiyasız qalmasına səbəb olub. Araşdırmalara görə, ağıl dişlərinin 25 faizinin heç bir funksiyası yoxdur və onlar zamanla məhv olurlar. Getdikcə bu faiz artacaq. Gələcəkdə çənə və dişlərin tamamilə dayazlaşması, hətta dişlərə ehtiyac olmayacağı da ehtimal edilir.


Pis yaddaş və aşağı intellekt


Gələcəyin insanlarının daha yüksək intellektual qabiliyyətlərə malik olacaqları şübhəlidir. Kolumbiya universitetinin mütəxəssislərinin tədqiqatı göstərir ki, internet-axtarış sistemindən asılılığımız bizim yaddaşımıza güclü ziyan vurur. İnternet informasiyanı yadda saxlamağa bizim beynimizin qabiliyyətini əvəz edir. Çünki istədiyimiz məlumatı internetdə qısa zamanda tapa bilirik.

Neyrofizioloq, Nobel mükafatının laureatı Erik Kandel apardığı tədqiqatda göstərir ki, internet insanları daha da axmaq edir. O fikirlərini belə əsaslandırır ki, internetdən həddindən artıq aktiv istifadə fikirləri nəyəsə fokuslanmağa imkan vermir.


Fiziki zəiflik


Gələcək insanın fiziki baxımdan indikindən daha zəif olacağı proqnozlaşdırılır. Buna səbəb isə texnologiyaların həddən artıq həyatımıza daxil olmasıdır. Gələcəyin rahat nəqliyyatı və ixtiraları bəşəriyyəti fiziki yüklənmədən azad edəcək. Tədqiqatlar göstərir ki, Biz əcdadlarımızla müqayisədə çox zəif olacağıq. Əzələlər zəifləyəcək, ayaqlar daha qısa olacaq.

Stress


Bu yaxınlarda aparılmış tədqiqata görə, Amerika Birləşmiş Ştatlarının əhalisinin daim stressdə olduğu açıqlanıb.

Bu simptomlar 45- 65 yaş arası insanlar içərisində daha çox yayılıb. Bu yaşda insanların 43 %-i tez qıcıqlanır, 39 % -i isə tez-tez əsəb keçirirlər. Hətta stomatoloqlar çənələrdə ağrılarla və köhnəlmiş dişlərlə bağlı müraciətlərin 30 il qabaqla müqayisədə daha çoxdur. Çünki gərginlikdən insanlar çənələrini bərk sıxırlar və bu da diş, çənə problemlərinə səbəb olur.


İmmunitet zəif olacaq


Gələcəyin insanların immun sistemi zəif və ətrafdakı təsirlərə qarşı daha həssas olacaq. Tibbi texnologiyalar, antibiotiklər ümumi sağlamlıq vəziyyətini və uzun ömürlülüyü əhəmiyyətli dərəcədə artırıb. Lakin bunlar həm də immun sistemimizi zəiflədib. Biz daha çox dərmanlardan asılıyıq. Gələcəkdə insanlar tibbi texnologiyaların qulu olmağı da inkar edilmir.


Səslər


Artıq bəşəriyyət diqqəti daha konkret şeylərə yönəlib. Səs-küy arasında dəqiq məlumatı seçmək çətindir. Çünki insan qulağının hazırkı funksiyası buna imkan vermir. Lakin zaman keçdikdə qulağın bu funksiyası daha da inkişaf edəcək. Bu gün internet və medianın verdiyi imkanlarla biz informasiya ehtiyacımızı ödəyirik. Lakin gələcəyin insanı yalnız ona lazım olan məlumatları əldə edəcək. Bu da şübhəsiz daha az stressə səbəb olacaq. Bu da insan sağlamlığı üçün müsbət haldır.

Gələcək insanın üzü


Rəssam Nikolay Lamm və doktor Alan Kvan gələcək insanın necə görünəcəyi ilə bağlı öz spekulyativ baxışlarını təqdim ediblər. Tədqiqatçılar fikrincə, iqlim və texnologiya nailiyyətləri insan görünüşünə təsir edəcək. Onlar bildirir ki, ən böyük dəyişiklik alında baş verəcək. Gözlər daha böyük olacaq. Başqa planetləri müstəmləkələşdirmək cəhdləri, Yerə ozon qatından kənar zərərli ultrabənövşəyi şüanın təsirinin azalmasına görə dərinin rəngi daha tündləşəcək. Kvan həmçinin proqnozlaşdırır ki, insanlar aşağı qravitasiya şəraitinə daha qalın göz qapaqlarına və parlaq qaşüstü qövslərə malik olacaqlar.


Süni insan


Texnologiyaların inkişafıyla ənənəvi yolla istehsalın məhv olmasına səbəb ola bilər. Klonlaşdırma, süni uşaqlıqların yaradılması insanın təkrar istehsalı üçün potensialı artırır. Bunun da öz növbəsində kişi və qadın arasında sərhədləri qəti şəkildə siləcəyi proqnozlaşdırılır. Bu cəmiyyətdə yalnız gender bərabərliyinə təsir etməyəcək, həm də kişi və qadın münasibətlərini də dəyişəcək.


Elastik skelet


Daha çox balıqların skeletinin elastik olması barədə eşitmişik. Gələcəkdə insan skeletinin də daha elastik olması barədə fikirlər mövcuddur. Bunun travmaların azalması, rəqqasların sayının artması, eyni zamanda doğuş prosesinin daha asanlaşmasına təsiri olacağı güman edilir.

Şərhlər