access_time Dərc olunub: 13:47
Diş fırçalarının qorxunc ziyanı açıqlandı — ALİM RƏYİ

TİA.AZ bildirir ki, keçirilmiş tədqiqat nəticəsində Massaçusets universitetinin alimləri aşkar ediblər ki, dişlərin təmizləməsindən sonra diş pastasında olan triklozan malekulları və başqa antibakterial maddələr uzun vaxt diş fırçalarının qıllarında qalır.

Beləliklə, diş fırçalarından istifadə edən insanlar böyük dozada triklozanın təsirinə məruz qalırlar və bu, onların sağlamlığına ciddi ziyandır.
Daha əvvəl mütəxəssislər bu nəticəyə gəlmişdilər ki, triklozan hormonları dağıdır və superbakteriyanın yaranmasına imkan yaradır ki, sonradan onu məhv etmək mümkün deyil.

"Environmental Science & Technology" jurnalında dərc edilmiş tədqiqat göstərir ki, dişlərin bir dəfə təmizləməsindən sonra triklozan molekulu iki həftə ərzində fırçada qalır. (publika.az)

Şərhlər