access_time Dərc olunub: 09:31
Keçmiş nazirlərimiz indi nə işlə məşğuldurlar?

Azərbaycanda nazirlər vəzifədən getdikdən sonra müxtəlif fəaliyyətlə məşğul olurlar. Kimisi pedaqoji, kimisi biznes sahəsində çalışır. Bəziləri isə təqaüdə çıxır. TİA.AZ axar.az-a istinadən vəzifədən getmiş nazirlərin hazırkı fəaliyyətləri ilə bağlı yazını təqdim edir:
1998-ci ildən Təhsil naziri vəzifəsində çalışmış Misir Mərdanov 2013-cü ili aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.
2004-2015-ci illər ərzində Rabitə və Yüksək Texnologiyalar naziri işləmiş Əli Abbasov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiridir.
23 iyul 2004-cü ildə Milli Təhlükəsizlik naziri təyin olunmuş Eldar Mahmudov hazırda istintaq altındadır. O, prezidentin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Hazırda heç bir vəzifəni icra etmir.
2002-ci ildən 2017-ci ilə qədər Nəqliyyat naziri işləmiş Ziya Məmmədov bu vəzifədən sonra bizneslə məşğul olmağa başlayıb.
1993-cü ildən 2005-ci ilə qədər Səhiyyə naziri vəzifəsini icra etmiş Əli İnsanov da həbsdədir. O, 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib.
29 may 1992-ci ildən 2 sentyabr 1993-cü ilə qədər ölkənin 2-ci xarici işlər naziri işləmiş Tofiq Qasımov hazırda həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayır.
Cəmi 4 ay – 12 may 1993-cü ildən 2 sentyabr 1993-cü ilə qədər təhsil naziri vəzifəsini icra etmiş türkoloq alim Firudin Cəlilov hazırda təhsil eksperti kimi çıxışlar edir.
Xalq şairi Sabir Rüstəmxanlı 1991-ci ildən 1995-ci ilə qədər Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib. Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.
3-cü maliyyə naziri Fikrət Yusifov 1994-cü ildən 1999-cu ilə qədər bu vəzifəni icra edib. 2004-2013-cü illərdə Rusiyanın Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin maliyyə kafedrasının professoru olub. Hazırda iqtisadçı mütəxəssis kimi proqnozlar, təhlillər aparır.
Azərbaycanın 4-cü xarici işlər naziri Tofiq Zülfüqarov 1998-ci ilin mart ayından 1999-cu ilin aprelinə kimi bu vəzifəni icra edib. 2005-2015-ci illər ərzində Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda siyasi ekspertdir.
Müdafiə naziri Dadaş Rzayev bu vəzifəni 23 fevral 1993-cü ildən 17 iyun 1993-cü ilədək icra edib. Hazırda təqaüddədir.
Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın 5-ci xarici işlər naziri kimi fəaliyyət göstərib. Nazir vəzifəsindən getdikdən sonra Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004-2010) vəzifəsini icra edib. Hazırda Macarıstanda fövqəladə və səlahiyyətli səfirdir.
1995-ci ildən 2004-cü ilə qədər milli təhlükəsizlik naziri işləmiş Namiq Abbasov hazırda təqaüddədir.
Fərhad Əliyev 2001-2005-ci illər ərzində iqtisadi inkişaf naziri vəzifəsini icra edib. 2005-ci il oktyabrın 19-da həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə prezidentin sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Hazırda bizneslə məşğuldur.
Rəhim Qazıyev 1992-ci ildən 1993-cü ilə qədər müdafiə naziri vəzifəsini icra edib. 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb. Hazırda təqaüddədir.
Surət Hüseynov 1993-1994-cü illər ərzində ölkənin 4-cü baş naziri vəzifəsini icra edib. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi barədə qərar qəbul edib. Həbs olunmaması üçün Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də isə Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. Hazırda bizneslə məşğuldur.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort