access_time Dərc olunub: 12:55
Vəzifəli şəxslərin məhkəməsi başladı - yenə tikinti fırıldağı

Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən tikinti şirkətinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayərlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Məmmədov və İsa Məmdov hakim qarşısına çıxarılıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

1965-ci il təvəllüdlü Çingiz Məmmədov iki uşaq atası olduğunu, orta təhsilli olduğunu söyləyib. 1964-cü il təvəllüdlü İsa Məmmədov da ailəli olduğunu, himayəsində iki işağının olduğunu deyib.

Məhkəmədə iş üzrə 16 nəfər zərərçəkmiş şəxs iştirak edib.

Məhləmədə zərərçəkmiş şəxslər vəsatət verərək işin ibtidai istintaqa qaytarılmasını istəyiblər. Onlar işə düzgün baxılmadığını, dəymiş zərərin düzgün göstərilmədiyini qeyd ediblər.

Məhkəmə müşavirədən sonra vəsatətə münasibət bildirib. Qərara əsasən vəsatət təmin edilməyib və işin baxış iclası noyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs "İdeal-V” tikinti şirkətinin vəzifəli şəxsləridir.

Onlar barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmışdı.

Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı şirkətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Onlatr cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

TİA.AZ

Şərhlər