access_time Dərc olunub: 14:42
Avropada ölümü tezləşdirən əsas səbəb açıqlanıb -çirkli hava

Atmosferin çirklənməsi ildə 428 min avropalının erkən ölümünə səbəb olur. Novator.az xəbər verir ki, bu statistikanı Avropa Ətraf Mühit Agentliyi yayıb.

Agentlik vurğulayır ki, Avropa qitəsində ekoloji vəziyyət əvvəlki dövrlərə nisbətən yaxşı olsa da, havanın azot dioksidi və ozon ucbatından çirklənməsi hələ davam edir. Çirkli havadan insanın ağ ciyərlərinə və qan damarlarına daxil olan maddələr isə ölümü tezləşdirir. Ona görə məhz çirkli hava Avropada erkən ölümün əsas səbəbi olaraq qalır.

Ətraf Mühit Agentliyinin hesablamasına görə, Avropa şəhərlərində yaşayan əhalinin 82%-i çirkli atmosferin təsiri altındadır.

Şərhlər