access_time Dərc olunub: 13:59
Əhalinin sayı 9 milyon 867 min 250 nəfərə çatdı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 57 min 269 nəfər və ya 0,6% artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 867 min 250 nəfərə çatıb.

TİA.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub.

Əhalinin ümumi sayının 53%-ni şəhər, 47%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 39 004 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6 təşkil edib.

Şərhlər