access_time Dərc olunub: 17:49
Hacıbala Abutalıbovun bağladığı “26” kafesində erotik şou - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Bakıdakı “Sahil” bağının yanındakı “26” (“Twenty six”) adlı kafe bağlanıb.
Bakının Xaqani küçəsində yerləşən kafenin bağlanması üçün əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlmişdi. Ölkə gündəmini zəbt edən hadisədən sonra kafenin kimə məxsus olduğu  müzakirələrə səbəb olmuşdu.
Modern.az-ın məlumatına görə, Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında kafeni əxlaqsızlıq yuvası adlandırarkən girişdə “Qadınlara qəlyan pulsuz verilir” elanının yazılmasını buna sübut olaraq göstərmişdi.

Qeyd edək ki, kafeni işlədənlərin Əliyar Qasımovla şəriki Həmid adlı şəxslər olduğu bildirilir.

Bu arada "Ölkə.az" klubda təşkil edilmiş erotik şounin videosunu əldə edib.

Həmin videonu təqdim edirik:

 

Şərhlər