Aramızdakı psixopatı necə tanıyaq? – Əlamətləribackend

Aramızdakı psixopatı necə tanıyaq? – Əlamətləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Psixopatlar hamının düşündüyü kimi dəli, ruhi xəstə deyil. Aramızda bizə normal görünən, əslində isə psixopat olan insanlar var.
“Medicina” xəbər verir ki, psixoloq Sergey Pustovoytov psixopatların xarakteristikasını açıqlayıb.
Yalançılıq, özünə aşıqliq, ürəksizlik, insafsızlıq, rəhmsizlik, eləcə də hər kəsi öz mənafeyi naminə aldatmaq psixopatların əsas əlamətləridir.
O, qeyd edib ki, tibdə psixopat termini yoxdur, bu antisosial şəxsiyyət pozuntusudur.
Psixologiyada bu pozuntular altında narçisizm, makiavellizm və psixopatiya qrupu daxil edilib.
Hazırda gənclər arasında xarakter və davranış modelində bu üçlük liderdir.
Xalq dilində bu şəxsiyyət pozuntusunu bu 3 sözlə ifadə etmək olar: “ürəksiz”, “İnsafsız”, “Vicdansız”.
Belə insanların həyatd devizi dərhal sezilir: Hər şeyin yaxşısı mənim üçün.
Özü üçün ən yaxşısını əldə etmək üçün o canavara çevrilir, istənilən qəddarlığı göstərə bilər.