ARAİKİN XANKƏNDİDƏ HƏR ADDIMINI İZLƏYİRİK – ONUN ŞOK ETİRAFI NƏYƏ İŞARƏDİ?backend

ARAİKİN XANKƏNDİDƏ HƏR ADDIMINI İZLƏYİRİK – ONUN ŞOK ETİRAFI NƏYƏ İŞARƏDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Araik ilk dəfə etiraf etdi ki, Bakı onun hər addımını izləyir. Açıq şəkildə söylədi ki, satqınlar var və azərbaycanlılar onun kabinetindən çıxıb nə vaxt hara getdiklərini bilirlər. Bununla demək istədi ki, “artsax” nəzarət altındadır. Əslində, peyklə onları izləmək imkanımız var, ikincisi, Laçın dəhlizindən keçməklə hara getdiyi görürük, amma separatçı rejimin rəhbəri söylədi ki, Xankəndidə belə hara getməsini Azərbaycan tərəfi bilir”. Bu sözləri TİA.Az-a siyasi ekspert Ramiyə Məmmədova bildirib.

Bu günlərdə açıqlama verən qondarma rejimin başçısı bildirib ki, ermənilər Laçında çətin qala. Bununla bərabər əlavə edib ki, kabinetindən çıxıb “parlamentə” nə vaxt getməsini azərbaycanlılar bilir. Ekspertin fikrincə, Araik axtarışa verilib və istintaqa cəlb olunması adi məsələdir: “Sadəcə, siyasi səbəb var və Rusiya buna imkan vermir. Bütün hallarda Araik etiraf etdi ki, Xankəndidə hara getsə, Bakı bilir. Deməli, onun hər addımı haqda bizə məlumat verilir. Bu halda onun həbsi kifayət qədər asan işdir. Araik həm də mesaj verdi ki, “Dağlıq Qarabağ” Azərbaycanın əlindədir. Artıq separatçıların Rusiyaya sığınmaqdan başqa yolu qalmayıb. Biz 2 sutka içində bölgəni terrorçulardan təmizləyə bilərik. Ona görə xidməti müqavilə məsələsinə də sərt cavab verməliyik, heç bir erməni əsgəri muzdlu kimi orada xidmət çəkə bilməz. Əslində, inanmıram ki, Paşinyan avqustun 30-dan sonra Qarabağa muzdlu göndərə bilsin. Bununla da separatçılar üçün qara günlər başlanır”.

TİA.Az