ARAİKİN ETİRAFI: QARABAĞDA CƏMİ 35 MİN ERMƏNİ YAŞAYIRMIŞ, BƏS “STATUS”?backend

ARAİKİN ETİRAFI: QARABAĞDA CƏMİ 35 MİN ERMƏNİ YAŞAYIRMIŞ, BƏS “STATUS”?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndində keçirilən mitinqdə separatçıların rəhbəri Araik Aryutunyan Qarabağda nə qədər erməni əhalisinin yaşadığını açıqlayıb. TİA.Az xəbər verir ki, o, 35 mindən artıq əhalinin sosial təminatının Ermənistanla əlaqəli şəkildə təmin olunduğunu qeyd edib.
Deməli, orada iddia ediliyi kimi 90 min erməni sakin yoxdur. Yəni cəmi 35 min erməniyə görə bəzi ermənipərəst dairələrin, Rusiya, Fransa kimi həmsədr ölkələrin rəsmilərinin vaxtaşırı “status” məsələsini süni şəkildə gündəmə gətirməsinin heç bir hüquqi əsası olmadığı təsdiqini tapır.
Azərbaycanda hansısa bir kəndin əhalisinin sayı qədər Qarabağda erməni yaşayırsa, onlara niyə ayrıca status, yaxud muxtariyyat verilməlidir?! Onlar ya Azərbaycan pasportu və qanunları ilə yaşamalıdır, ya da Ermənistana getməlidirlər.

TİA.Az