Araik növbəti dəfə Laçından keçib İrəvanda Paşinyanla görüşdü… – VİDEObackend

Araik növbəti dəfə Laçından keçib İrəvanda Paşinyanla görüşdü… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 ildən çoxdur Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış və 44 günlük müzəffər savaşımızdan sonra da Qarabağın Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalan hissəsində tör-töküntüləri sülənən separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan bu gün – noyabrın 3-də növbəti dəfə İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın qəbulunda olub.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu haqda Paşinyan özünün “Facebook” səhifəsində paylaşım edib.

Görüş zamanı Azərbaycanın qalib gəldiyi 44 günlük savaşın bitməsindən keçən bir il ərzində Ermənistanda və Azərbaycanın hələlik Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalan Qarabağ torpaqlarındakı vəziyyət müzakirə olunub. Söhbət zamanı həm Paşinyan, həm də separatçı başçı beynəlxalq vasitəçilərin, xüsusən ATƏT-in Minsk qrupunun keçmiş Dağlıq Qarabağın “statusu”nun müəyyən olunması probleminin həllində yardımçı olacağına ümidlərini ifadə ediblər. Araik Ermənistanın Qarabağdakı separatçı-terrorçu rejim üçün böyük məbləğdə maliyyə vasitəsi ayırdığına görə Paşinyana təşəkkür edib. O bildirib ki, Ermənistan hökuməti və “Hayastan” fondunun maliyyə dəstəyi hesabına 44 günlük savaşdan sonra digər yerlərdən köçmüş ermənilər üçün ilin sonunadək Xankəndində 300, ümumiyyətlə, separatçı rejimin nəzarətində olan digər Qarabağ torpaqlarında isə 2022-ci ilin sonunadək 2500-3000 mənzilin tikilib istifadəyə veriləcəyini vəd edib.