Araik Arutyunyan Paşinyan komandasına qarşı çevriliş hazırlayır… – TƏFƏRRÜATbackend

Araik Arutyunyan Paşinyan komandasına qarşı çevriliş hazırlayır… – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Emənistan hökumət aparatının rəhbəri Araik Arutyunyan özünün lider olduğuna qərar verib və baş naziri Nikolay Paşinyan başda olmaqla öz komanda üzvlərinə qarşı çevriliş hazırlayır.

Moderator.az xəbər verir ki, bu haqda “Johovurd” qəzeti hökumətə yaxın mənbələrə istinadla yazır.

Məlumata görə, A.Arutyunyan artıq “Vətəndaş anlaşması” partiyası idarə heyətinin iclaslarında da bu niyyətini gizlətmir.

Xəbərdə deyilir ki, Arayik Arutyunyan hökumət nümayəndələrindən narazıdır. O, görüşlərdə xüsusilə yeni təyin olunmuş xarici işlər naziri Ararat Mirzoyan və təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyandan daim narazılığını bildirir. Araik ətraf mühit naziri Romanos Petrosyandan da şikayət edir və hətta onun mətbuat katibi ilə problemləri var.

Bu minvalla sabiq təhsil, elm, mədəniyyət və idman naziri Arayik Arutyunyan hökumətdə komanda formalaşdırmağa və ona yaxın adamların müxtəlif dövlət idarələrində işləməsini təmin etməyə çalışır. Paşinyanın bu vəziyyətə nə qədər dözəcəyini söyləmək çətindir, çünki əldə etdiyimiz məlumata görə, “Vətəndaş anlaşması” komandasında gərginlik və parçalanma meyilləri gündən-günə artır…