Araik Arutunyan barəsində cinayət işi başlanıb və axtarışa verilibbackend

Araik Arutunyan barəsində cinayət işi başlanıb və axtarışa verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

TİA.AZ  xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev brifinqdə deyib.

Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1 700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: “Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib”.

Baş prokuror deyib ki, Araik Arutunyan, “müdafiə naziri” Cəlal Arutunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. O qeyd edib ki, həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib.