“AR” psixologiya mərkəzindən qazilərimizə dəstəkbackend

“AR” psixologiya mərkəzindən qazilərimizə dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AR” psixoloqiya və təlim mərkəzində Vətən müharibəsinin ildönümü ilə əlaqədar olaraq qazilərlə qrup terapiyası keçirilib.TİA.Az-a verilən xəbərə görə, psixoloq Gülşən Rüstəmova ilk olaraq qazilərimizə göstərdikləri şücaətə görə təşəkkür edib. Daha sonra psixoloqlar qazilərimizin psixoloji durumları ilə bağlı maraqlanıblar. Müharibədən sonrakı reabilitasiya prosesi ilə bağlı söhbətlər aparılıb və hazırdakı durumları ilə bağlı diaqnostika keçirilib. Aldıqları müalicələrin davamiyyəti və nəticələri haqqında məlumatlar alınıb. “AR” psixoloqiya və təlim mərkəzi olaraq daima onların yanlarında olduğu vurğulayan psixoloq Gülşən Rüstəmova, qəhrəmanlarımıza bir daha təşəkkür edib. Yanlız fəaliyyət göstərilən sahədə deyil, daima onların yanında olduqları vurğulanıb.

TİA. Az