Tribuna İnformasiya Agentliyi

ARI ÇÖRƏYİ NƏDİR?

18 Mart

Cinsi zəifliyin bir nömrəli dərmanı  

Cinsi zəifliyin bir nömrəli dərmanı 


35-40 yaşına çatmış kişilərin təxminən 40%-i cinsi zəifliyin müxtəlif formalarından əziyyət çəkir. Cinsi fəaliyyət aktının tam itməsi halları 50 yaşlı kişilərin 20%-də, 70 yaşlı kişilərin isə 50%-də rast gəlir.

ABŞ-da Federal maliyyələşmə sayəsində baş tutan ən irimiqyaslı tibbi tədqiqatların birində aşkar olmuşdur ki, kişilər arasında cinsi zəiflik halları qat-qat artıqdır. Əksər kişilər xəstəlik müəyyən həddə çatana qədər həkimə müraciət etməkdən çəkinirlər. Ümumiyyətlə, belə xəstələrin həkimə müraciət etmək istəməməsi bütün dünya uroloqları və seksopatoloqlarının birinci problemidir. Lakin biz indi bu problemin təbii yollarla müalicə yollarını təqdim edəcəyik.


Arı məhsulları üzrə Mütəxəssis, Propolis apifitoməhsullar satış mərkəzinin rəhbəri İlham Atakişiyev son zamanlar kişilərdə rast gəlinən cinsi zəifliyin bir nömrəli dərmanı olan arı çörəyi barədə TİA.AZ-a danışdı.  


“Yalnız bal arıların istehsal etdiyi güləm təbii şəkildə olur. O, 27 cür mikroelementlərdən , A, B, C, D, P, K, E vitaminləri, fitohormonlar, antibakterial maddələrdən, kalium- 40%, maqnezium-25%,  dəmir-17%, kalsium-17% -dən ibarətdir.

Bal arıları çiçəklərin yetişmiş erkəkciklərini toplayır, ayaqlarındakı səbətlərə yığır və pətəyə daşıyırlar. Şanlarda mumdan hörülmüş, vərəmumla ( propolislə ) dezinfeksiya edilmiş , arıların ağız və bağırsaq şirəsi ilə suvanmış bir kasacıq hazırlayırlar. Yuvada uzun müddət keyfiyyətli qalması üçün arılar topladıqları çiçək tozunu da ağız ve bağırsaq şirəsi ilə yəni xüsusi fermentlə qarisdirib bu kasaciqlara yığırlar. Uc tərəfdən mum, üst tərəfdən balla bağlı olan kasacıqda çiçək tozunun kimyəvi çevrilməsi, reaksiya gedir. Nəticədə müxtəlif çiçəklərdən toplanmış mikroelementlərlə zəngin olan “arı çörəyi” ilə qidalanan cavan işçi arıların süd vəziləri süd istehsal edir. Güləmlə qidalanan arı sürfələrinin kütləsi 3 gündə 1500 dəfə artır”.


Təbiətdə digər belə qida mövcud deyil

 

“Güləmin faydasına gəldikdə tərkibində olan rutinin hesabına ürək-damar xəstəliklərində effektivdir. O, kapilyarların divarlarını möhkəmləndirir. Maddələr mübadiləsinə təsir edərək bioloji katalizator rolunu oynayır.

Güləm qaraciyər xəstəliklərində (hepatitlər), mədəaltı vəz xəstəliklərində, anemiya, hormonal disbalans, fiziki və zehni gerilik, immun zəifliyi, cinsi zəisflik, Beyin qan dövranı pozulması, Yumutalıqların fəaliyyətinin zəifləməsi, xroniki yorğunluq sindromu, davamlı infeksiyalar və s. zamanı sınanılmış və effektiv təsir göstərir”.


Güləmin istifadə qaydası:


150 q qaynadılmış suya (35-40 dərəcə) bir çay qaşığı güləm və bir çay qaşığı bal qarışdırıb tənzifdən süzməli. Səhər yeməyindən 1 saat əvvəl kiçik porsiyalarda qəbul etməli.


Cinsi zəiflik zamanı güləm tərkibli məcun:


Güləm – 150 q

Keçibuynuzu meyvəsi tozu – 100 q

Balqabaq toxumu tozu – 100 q

Zəncəfil toz – 30q

Jenşen tozu – 50 q

Bal 1 kq

Bu qarışığı gündə 3 dəfə 1 desert qaşığı yeməkdən sonra qəbul etmək lazımdır.

Bununla yanaşı uzun müddət xroniki prostatdan əziyyət çəkən kişilər bu prostal məcundan istifadə edə bilərlər”.

İlahə