Tribuna İnformasiya Agentliyi

AQTA maarifləndirici sosial çarx yayımlayıb-VİDEO

30 Aprel

Qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi Qida Təhlükəsizliyi Agentliyinin prioritet fəaliyyət istiqamətlərindən hesab olunur.

TİA.AZ xəbər verir ki,Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu məqsədlə daha bir maarifləndirici sosial çarx hazırlayıb.

“Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir?” mövzusunda sosial çarx yayımlayan Agentlik bununla istehlakçıları şəkərdən düzgün istifadəyə səsləyir.

Yüksək miqdarda şəkər qəbulunun insan sağlamlığında törədə biləcəyi xəstəliklərə diqqət çəkən AQTA istehlakçıları qida rasionunda şəkər istifadəsini azaldaraq sağlam qidalanmaya dəvət edir.