AQTA enerji içkilərinin alınmasını təbliğ edir – Ekspertdən ittihambackend

AQTA enerji içkilərinin alınmasını təbliğ edir – Ekspertdən ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi satış şəbəkələrində istehlakçılara təqdim olunan bir sıra içkilərilə bağlı monitorinqlər aparılıb. Monitorinqlər nəticəsində alıcılara təqdim olunan bəzi içkilərin heç də enerji içkisi olmadığı açkarlanıb.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Bakupost.az -a açıqlamasında deyib ki, bəzi istehsalçılar bu məsələdə saxtakarlığa əl atırlar:
“İstehsalçı özü o məhsula enerji içkisi statusu verib. Oxşar problem konfet, dondurma, kolbasa-sosika məmulatları ilə bağlı da yaşanır. Hökumət birtərəfli siyasət aparır, istehlakçı hüquqları arxa planda qalıb, yalnız biznesin inkişafı dəstəklənir. Bizneslə də məmurlar məşğul olur. Ona görə dövlətin qanunları saya salınmır”.
Eyyub Hüseynov qeyd edib ki, enerji içkilərindən heç də az təhlükəli olmayan “Coca-Cola”, “Pepsi-Cola” kimi rəngli və qazlı sular da zərərlidir:
“Nə qədər parodaksal görünsə də, bəzi məsələlərdə istehlakçıların pulda yox, keyfiyyətdə aldadılmasının tərəfdarıyam. İstəyirəm ki, istehlakçılar “Coca-Cola” adı altında çay, enerji içkisi adı altında su içsin. Yəni, mümkün qədər zərərli və alışqanlıq yaradan içkilərdən uzaq olsunlar. Əlbəttə ki, enerji içki statusunu onlara istehsalçı verib. Əgər bilərkdən edibsə, yenə də alıcının xeyrinədir. Lakin qiymətdə istehlakçının aldadılması məsələsi qəbuledilən deyil”.
E.Hüseynovun sözlərinə görə, AQTA enerji içkilərilə bağlı apardığı monitorinqin bəzi nəticələrini açıqlamır:
“Təəssüf ki, AQTA apardığı tədqiqatlarda bu içkilərin tərkibini açıqlamır. Sadəcə, enerji içkisi olmadığını deyir. Belə çıxır ki, AQTA enerji içkilərinin alınmasını təbliğ edir. Baxmayaraq ki, AQTA enerji içkilərinin tərkibinin daha da yaxşılaşdırılması, öyrəşdirici maddələrin daha da azaldılması barədə ciddi işlər görüb. İstehsalçı şirkətlər də buna uzun müddət əməl edirdilər. Lakin AQTA burada içkilərin nəyə meyilli olduğunu, çatışmayan, yaxud artıq olan maddələr haqqında məlumat verməli idi. Əgər öyrəşdirici maddələr artıq qatıblarsa, əlbəttə, bu, yolverilməzdir. AQTA bununla bağlı daha ciddi tədbirlər görməlidir”.