AQSİA Zəfər Gününə həsr olunmuş tədbir keçiribbackend

AQSİA Zəfər Gününə həsr olunmuş tədbir keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 5-də Bakı Biznes Mərkəzində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Zəfər Gününün ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AQSİA-nın İcraçı katibi, əməkdar jurnalist Mətanət Ağamirli qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər regionda yeni reallıqlar yaradıb.

Tədbirdə iştirak edən və iki əkiz övladını Vətən müharibəsində itirən şəhid anası qeyd edib ki, övladları düşməndən tarixi qisasını alıblar və onlarla fəxr edir.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, Azərbaycanda qadın hərəkatının rolundan danışıblar. Onlar bildiriblər ki, Cənab Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyini Azərbaycan qadınları daim öz üzərində hiss ediblər.

Tədbirdə 44 günlük Vətən müharibəsində şəhid ailələri, qazilərə dəstəyini əsirgəməyən xanımlara Milli KSM (Korporativ Sosial Məsuliyyəti) mükafatı təqdim edilib. Sahibkar qadınların əl işlərindən ibarət sərgi nümayiş olunub.

Yekunda AQSİA-nın fəaliyyətindən bəsh edən videoçarx nümayiş olunub.