“Aqroservis”in 2,8 milyonluq 2 tenderinin qalibi məlum oldubackend

“Aqroservis”in 2,8 milyonluq 2 tenderinin qalibi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aqroservis” ASC xüsusi təyinatlı yük-sərnişin və digər nəqliyyat vasitələrinin və regional nümayəndəliklər və onların rayon bölmələrində yanğın təhlükəsizlik sistemlərinin cari təmir işlərinin satınalınması ilə bağlı elan etdiyi 2 tendərə yekun vurub.

“MediaPost” xəbər verir ki, tenderin qalibləri “Diamond Motors” və “Fire Safety and Security” MMC-lər olub. Qalib şirkətlərə müvafiq olaraq 1 mln 335 min 690 manat və 1 mln. 415 min 645 manat ödəniş ediləcək.

Qeyd edək ki, “Diamond Motors” MMC 20.11.2006 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əsədov Elçin Qamət oğludur. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesidir.

“Fire Safety and Security” MMC isə 12.05.2017 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Emin Qəhrəmanov Mürsəl oğludur. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Cavadxan 3 MKR, ev 2 A-dır.

Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən “Aqrolizinq” ASC-nin bazasında 2020-ci ildə yaradılıb.