Aqrar Sığorta Fondu sahibkarlara müraciət edibbackend

Aqrar Sığorta Fondu sahibkarlara müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.az xəbər verir ki, Aqrar Sığorta Fondu son günlər ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib.
Fonddan bildirilib ki, son günlər respublikanın bəzi bölgələrində baş verən kənkin temperatur dəyişmələri, qar, dolu, aramsız yağışların yağması əkin sahələrinə və təsərrüfatlara da zərər vurub.

Fond bildirir ki, Azərbaycanda ilk dəfə tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi ölkəmizdə fermerlərin əziyyət çəkdiyi və zərərlə üzləşdiyi bütün növ əsas təbiət hadisələrindən qorunmağa imkan verir.
Fermerlər olduqca aşağı məbləğdə aqrar sığorta haqqı müqabilində əkin sahələrini bu risklərdən sığortalaya bilərlər. Bu halda hesablanan sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Aqrar Sığorta Fondu fermerləri və iş adamlarını təbiətin şıltaqlıqları və digər sığorta hadisələrindən qorunmaq üçün əkin sahələrini və kənd təsərrüfatını sığortalamağa çağırır.

TİA.AZ