Tribuna İnformasiya Agentliyi

Aqil Abbas: Azyaşlılarla ailə quranlar cəzalandırılmalıdır

12 Mart

Cəmiyyətin əsas problemlərindən biri də azyaşlı uşaqların erkən ərə verilməsidir.

Bu sözləri Oxu.Az-a açıqlamasında millət vəkili Aqil Abbas 2012-2016-cı illərdə Azərbaycanda 308 məktəbyaşlı qızın abort etdirməsi məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, burada günahkar tərəf valideyn və müəllim diqqətsizliyidir:

“Əsas problem azyaşlıların ərə verilməsi məsələsidir. Bu hallar daha çox 9, 10 və 11-ci sinifdə oxuyan şagirdlər arasında olur. Onlar artıq məktəbli sayılmır. Təklif edirəm ki, həmin azyaşlılarla ailə quranlar, kəbin kəsənlər cəzalandırılsın.

Qanunda 18 yaşdan aşağı şəxslərin ailə qurması qadağan olunub. Belə halların baş verməsinə görə aidiyyəti qurumlar cavabdehlik daşıyır. Burada məsuliyyət öncə valideynin, sonra isə müəllimin üzərinə düşür.

Dərs deyən müəllimin günahı ondan ibarətdir ki, vaxtında həmin şagirdin dərsə gəlmədiyi haqda dövlət qarşısında məsələ qaldırmır”.